Sosial xidmət sahələri ilə bağlı Koordinasiya Şurası yaradılacaq

Sosial xidmət sahələri ilə bağlı Koordinasiya Şurası yaradılacaq
# 28 avqust 2023 15:58 (UTC +04:00)

Sosial xidmət sahəsində fəaliyyətinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətli nümayəndələrindən ibarət Koordinasiya Şurası yaradılacaq və fəaliyyəti təşkil olunacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Proqrama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, yerli icra hakimiyyəti orqanları ilə birlikdə 2024–2025-ci illər ərzində Sosial xidmət sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə Koordinasiya Şurasının yaradılması, Sosial xidmət sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə Koordinasiya Şurasının yaradılmasını, çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin təşkili ilə bağlı fəaliyyətin həyata keçirilməsində sistemliliyini, operativliyin və səmərəliliyin artırılmasını təmin etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR