MHP-nin fövqəladə qurultayının keçiriləcəyi tarix məlum olub

MHP-nin fövqəladə qurultayının keçiriləcəyi tarix məlum olub
# 25 may 2016 15:44 (UTC +04:00)

Bakı-APA. Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) fövqəladə qurultayı bu il iyulun 10-da keçiriləcək.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə MHP sədri Dövlət Bağçalının bu gün yaydığı yazılı açıqlamada bildirilib. Məhkəmənin qərarına hörmətlə yanaşdıqlarını bildirən D. Bağçalı qurultayın iyulun 10-da Ankara Arena İdman Salonunda keçiriləcəyini qeyd edib. Qurultayda yenidən sədrliyə namizəd olacağını açıqlayan D. Bağçalı arzulayan hər kəsin partiya sədri postuna namizəd ola biləcəyini, demokratik şəkildə keçəcək qurultayın MHP-ni gücləndirəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR