Bakı. Musa Əhmədov – APA-Economics. “Kapitalbank” ın aktivlərinin həcmi 2015-ci ilin II rübündə 1 695,117 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 33,76% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 32,19% artaraq 1 050,818 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 51,35% artaraq 748,100 mln. manat olub.
Bir il ərzində bankın məcmu kapitalı 1,39% artaraq 247,465 mln. manata çatdığı halda, nizamnamə kapitalı 23,9% artaraq 185,850 mln. manat təşkil edib.