Təbii mineral suların qeydiyyatının necə aparılacağı məlum olub

Təbii mineral suların qeydiyyatının necə aparılacağı məlum olub
# 16 mart 2024 15:58 (UTC +04:00)

Təbii mineral suların qeydiyyatının necə aparılacağı məlum olub.

APA xəbər verir ki, bu Nazirlər Kabinetinin 155 nömrəli qərarında əksini tapıb.

Qərara əsasən, qablaşdırılması nəzərdə tutulan təbii mineral sular əldə olunduğu yeraltı yatağı və ya süxuru nəzərə alınmaqla qeydiyyata alınır.

Qeydiyyat ilə bağlı təqdim edilən ərizədə aşağıdakı məlumatlar qeyd olunmalıdır:

- “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun ilə müəyyən edilmiş məlumatlar;
- qablaşdırılmış təbii mineral suyun adı, əmtəə nişanı, təbii mineral suların əldə olunduğu yeraltı yatağın və ya süxurun adı, yerləşdiyi ölkə və ünvanı.
Təbii mineral suların qeydiyyatı ilə bağlı təqdim edilən ərizəyə aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:
- yeraltı yataqdan və ya süxurdan əldə olunan təbii mineral suyu qablaşdırılacaq qida subyektinin həmin su obyektindən istifadə hüququnu təsdiq edən sənəd (Azərbaycan Respublikasında yerləşən su obyektlərinə münasibətdə xüsusi məqsədlər üçün istifadə icazəsi);
- tərkibin, o cümlədən mineral komponentlərin tədqiqinə (sınağına) dair protokol və tədqiqin (sınağın) aparılması metodikası;
- idxal edilən məhsula münasibətdə mənşə sertifikatı və səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş təhlükəsizliyini təsdiq edən sənəd.

Təbii mineral suların mineral komponentlərində dəyişiklik baş verdikdə həmin suların qeydiyyatı yenidən rəsmiləşdirilməlidir.

Təbii mineral suyun qeydiyyat müddəti 5 (beş) ildir.

Qeydiyyatının qüvvədəolma müddəti bitmiş təbii mineral sular üçün nəzərdə tutulmuş yararlılıq müddəti bitdikdən sonra məhsul barədə məlumat Reyestrdən çıxarılır. Qeydiyyatının qüvvədəolma müddəti bitmiş təbii mineral suların qeydiyyatın qüvvədə olduğu müddət ərzində istehsal və ya emal edilmiş və ya idxal edilərək dövriyyəyə buraxılmış təbii mineral suların həmin müddət bitdikdən sonrakı dövr ərzində də yararlılıq müddəti nəzərə alınmaqla dövriyyəsinə (idxalı istisna olmaqla) yol verilir.

Qablaşdırılmış mineral suların etiketlənməsi və üzərində qeyd olunan qidalanma və sağlamlıq bəyanlarına dair məlumatlar qida təhlükəsizliyi sahəsində müəyyən edilmiş texniki normativ hüquqi aktlarla tənzimlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR