Təhsil İnstitutu məktəbəqədər təhsilə dair yeni metodologiyalar hazırlayır

Təhsil İnstitutu məktəbəqədər təhsilə dair yeni metodologiyalar hazırlayır
# 29 avqust 2022 16:24 (UTC +04:00)

2018-ci ildə yalnız uşaqların 18 faizi məktəbəhazırlıq kurslarına cəlb olunurdusa, bu il bu rəqəm 84 faizə çatıb.

APA xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfətt Əzizov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu göstərici beynəlxalq təşkilatlar tərəfindən digər ölkələrə nümunə kimi göstərilir.

"2026-cı ilə qədər bütün 5 yaşlı uşaqların məktəbəhazırlıq kurslarına cəlb edilməsi, 1-5 yaşlı uşaqların ən azı 50 faizinin isə məktəbəqədər təhsil müəssisələrinə cəlbi nəzərdə tutulur. Təhsil İnstitutu tərəfindən hazırda məktəbəqədər təhsilə dair yeni metodologiyalar hazırlanmaqdadır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR