Təhsil naziri Sumqayıtdakı məcburi köçkün məktəbində keçirilən “Son zəng” tədbirinə qatılıb

Təhsil naziri Sumqayıtdakı məcburi köçkün məktəbində keçirilən “Son zəng” tədbirinə qatılıb
# 14 iyun 2019 12:24 (UTC +04:00)

Bu gün Sumqayıtdakı məcburi köçkün şəhərciyində yerləşən Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd orta məktəbində "Son zəng" tədbiri keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə təhsil naziri Ceyhun Bayramov da iştirak edib.

Nazir məzunları təbrik edib və onlara gələcək fəaliyyətində uğurlar arzu edib. C.Bayramov çıxışında ölkədə aparılan təhsil islahatlarından və həyata keçirilən tədbirlərdən söz açıb. O, məktəb həyatının insanın şəxsiyyət kimi formalaşmasında rolundan da danışıb.

Sonda 11-cilərin "Son zəngi" çalınıb.

Qeyd edək ki, Qubadlı rayonu Hal kənd orta məktəbində 202 şagird təhsil alır. Bu il məktəbdən 10 nəfər məzun olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR