Tibbi tullantıların idarə edilməsinə vahid nəzarət sistemi qurulması təklif edilib

Tibbi tullantıların idarə edilməsinə vahid nəzarət sistemi qurulması təklif edilib
# 21 dekabr 2023 13:06 (UTC +04:00)

Uzun illər tullantıların zərərsizləşdirilməsi üçün tariflərin aşağı olması sahibkarların bu sahəyə marağının azalmasına səbəb olub. Lakin 2022-ci ildən tariflər 8 dəfə artırıldıqdan sonra bu sahəyə diqqət artıb.

APA xəbər verir ki, bunu Tibbi tullantıların idarə olunması işinin təkmilləşdirilməsi üzrə işçi qrupun katibi, Bakı Baş Səhiyyə Mərkəzinin İlkin səhiyyə xidmətinin inkişafı departamentinin rəhbəri Gülnarə Yusifova Milli Məclisdə "Tibbi tullantıların idarə olunması" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, tullantıların idarə edilməsinə vahid nəzarət sistemi qurulmalıdır: "Bunun üçün qısa zamanda vahid strategiya yaradılaraq, tətbiqinə başlanılmalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR