Avstraliya vətəndaşı tankı satışa çıxarıb

Avstraliya vətəndaşı tankı satışa çıxarıb
# 06 iyul 2016 07:48 (UTC +04:00)

Bakı - APA. Avstraliya vətəndaşı Coffri Blur tankı satışa çıxarıb.

APA-nın "Mashable" portalına istinadən verdiyi məlumata görə, C. Blur Britaniya ordusuna məxsus, 1965-ci ildə istehsal edilmiş tankı 85 min Avstraliya dollarına (63 min ABŞ dollarından artıq) satmaq istədiyini açıqlayıb.

Cəmi 20 km yürüşü olan tankdan səyahət məqsədilə istifadə etmək mümkün olsa da, tankın sahibi olacaq şəxs ondan atəş aça bilməyəcək.

Çünki tankın lüləsi təhlükəsizlik məqsədilə deaktiv hala gətirilib.

Avstraliya vətəndaşının tankı hansı yolla əldə etdiyi açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR