Türkiyəli jurnalist: Qarabağda, Laçında inanılmaz yenidənqurma işləri görülür

Türkiyəli jurnalist: Qarabağda, Laçında inanılmaz yenidənqurma işləri görülür
# 16 avqust 2023 15:52 (UTC +04:00)

"Bir neçə gündür Azərbaycandayıq. Öz vətənimizə, öz ölkəmizə gəlmişik. Burada, Qarabağda müharibədən sonra nələr baş verdiyini izləməyə çalışırıq”.

APA xəbər verir ki, bunu Laçında səfərdə olan Türkiyənin "Tvnet" media qurumunun əməkdaşı İsmayıl Umut Arabacı deyib. O, azad edilən ərazilərdə, Qarabağda, Laçında inanılmaz yenidənqurma işləri aparıldığını bildirib: “Ermənilərin dağıtdığı məscidlər, məktəblər, kilsələr, hər şey bərpa edilir, yeni binalar tikilir. Laçın sərhəd məntəqəsi ilə bağlı Azərbaycanın haqlı tərəf olduğu məlum məsələdir. Bu torpaqlar Azərbaycan dövlətinindir və buna görə ölkəyə girmək üçün ermənilər Azərbaycandan icazə almalıdırlar. Bunun əksini heç bir dövlət qəbul etməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR