Tütündən istifadənin məhdudlaşdırılmasına dair qanunun monitorinqi aparılacaq

Musa Quliyev

© APA | Musa Quliyev

# 22 yanvar 2022 12:56 (UTC +04:00)

Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun monitorinqinin aparılması ilə bağlı dinləmə keçiriləcək.

Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Komitə sədri qeyd edib ki, bu məsələ komitənin 2022-ci il yaz sessiyası üçün iş planına daxil edilib: “Komitədə ötən sessiyada vaxt darlığından həyata keçirə bilmədiyimiz “31 may – Ümumdünya Tütünlə Mübarizə günü ilə əlaqədar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun monitorinqinin aparılması ilə bağlı dinləmə keçirəcəyik. Bu qanunun icra vəziyyətini müzakirə etməyi nəzərdə tutmuşuq. Son vaxtlarda xüsusilə gənclər arasında narkomaniya artır. Siqaretçəkmə isə narkomaniyanın ilk mərhələsidir. Eyni zamanda, bu qanunla tütün məmulatlarının məktəblərin, uşaq bağçalarının yaxınlığında satılması qadağan edilir. Televiziyalarda tütün əleyhinə təbliğatın aparılması məsələləri də qalmaqdadır. Qanunda nəzərdə tutulan maddələrin hamısının icra vəziyyətinin monitorinqini həyata keçirəcəyik”.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası 26 yanvar 2022-ci ildə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR