Ucarda minik avtomobili piyadanı vuraraq öldürüb

Ucarda minik avtomobili piyadanı vuraraq öldürüb
# 13 dekabr 2023 23:30 (UTC +04:00)

Ucarda ağır yol-nəqliyyat hadisəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

“Mercedes” markalı 99 – LK - 537 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən piyada, Ucar rayon sakini - 1956-cı il təvəllüdlü Nəriman Həmzə oğlu Abdulrəhmanovu vurub.

Ağır xəsarət alan zərərçəkəni sürücü öz avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Həkimlərin zəruri tibbi yardımlarına baxmayaraq o, xəstəxanada ölüb.

İlkin ehtimala görə, hadisəyə əsas səbəb prospektin işıqlandırılmaması olub.

Qeyd edək ki, prospektin qaranlıq olması səbəbindən analoji hadisələr ərazidə tez-tez baş verir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR