Latviya Rusiya ilə sərhəd boyu üç metrədək hündürlükdə sədd ucaldacaq

Latviya Rusiya ilə sərhəd boyu üç metrədək hündürlükdə sədd ucaldacaq
# 03 mart 2016 00:56 (UTC +04:00)

Bakı-APA. Latviya-Rusiya sərhədində ucaldılacaq divarın hündürlüyü tikanlı məftil hesablanmadan 2,7 metr təşkil edəcək. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Latviyanın Dövlət Sərhəd Xidmətinin rəisi Normund Qarbars bildirib.

Onun sözlərinə görə, səddin uzunluğu 92 km təşkil edəcək. Bu il divarın 24 km-lik hissəsinin tikintisinə 1,8 mln avro xərcləmək planlaşdırılır. Ümumilikdə isə Latviya-Rusiya sərhədinin möhkəmləndirilməsinə 17 mln avro sərf etmək nəzərdə tutulub.

Onun sözlərinə görə, divarın tikildikdən sonra artıq sərhəd pozucularını saxlamaq üçün sərhədçilərin daha çox vaxtı olacaq.

Latviya və Rusiya arasında quru sərhədin uzunluğu 276 km təşkil edir. Divarı bataqlıq kimi təbii maneələrin olmadığı hissələrdə ucaltmaq planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR