Şamaxıda 57 yaşlı kişi özünü asıb

Şamaxıda 57 yaşlı kişi özünü asıb
# 18 avqust 2016 08:53 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonunda intihar hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Mədrəsə qəsəbəsinin sakini, 1959-cu il təvəllüdlü Hüseynov Həsrət Babasəlim oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb.

 

Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR