İntiqam Əliyevin kassasiya şikayəti təmin olunmayıb

İntiqam Əliyevin kassasiya şikayəti təmin olunmayıb
# 24 fevral 2016 08:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın verdiyi məlumata görə, kassasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR