Vətən müharibəsi iştirakçıları DTX-nin “Bilgəh” istirahət mərkəzində olublar

Vətən müharibəsi iştirakçıları DTX-nin “Bilgəh” istirahət mərkəzində olublar
# 27 avqust 2023 12:14 (UTC +04:00)

Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə növbəti görüş təşkil edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilmiş və tədbir çıxışlarla davam etdirilib.

Çıxış edənlər şanlı salnaməmiz olan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman hərbçilərimizin tarixi qələbə qazandıqlarını və bu zəfərlə Azərbaycanı dünyaya qalib ölkə kimi tanıtdırdıqlarını vurğulayıb, şəhid ailə üzvlərinin və müharibə iştirakçılarının dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmalarından ətraflı bəhs ediblər. Bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, həmçinin qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması prosesinin surətlə və fəal şəkildə həyata keçirilməsi ölkəmizdə uğurla aparılan qətiyyətli siyasi xəttin sayəsində mümkün olur.

Çıxışlar bitdikdən sonra tədbir iştirakçıları vətənpərvərlik mövzusunda konsert proqramına tamaşa ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR