Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 3-ü ilə müqayisədə 0,64% möhkəmlənərək 1,6596 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,46% möhkəmlənərək 1,8413 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,38% bahalaşaraq 0,0261 manat səviyyəsinə çatıb.
Türkiyə lirəsinin məzənnəsi isə 0,30% bahalaşaraq 0,5308 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0687 manatdır. Beləliklə, funt sterlinq 3,52%-lik artım nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,24% möhkəmlənərək 0,6788 manat təşkil edib.