Bakıda diaqnostik qiymətləndirmədə 3 minə yaxın müəllim iştirak edəcək

Bakıda diaqnostik qiymətləndirmədə 3 minə yaxın müəllim iştirak edəcək
# 03 noyabr 2016 13:23 (UTC +04:00)

Bu il Bakı şəhəri üzrə diaqnostik qiymətləndirmədə təxminən 3 minə yaxın müəllim iştirak edəcək. APA-nın xəbərinə görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib ki, bu ilin noyabr-dekabr aylarında Bakıda əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən, 2016-2017-ci dərs ilində Təhsil Nazirliyinin keçirdiyi ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində işə qəbul olan, habelə cari dərs ilində müddətli əmək müqaviləsi ilə vakant və ya sosial məzuniyyət yerinə işə qəbul olan müəllimlər diaqnostik qiymətləndirilməyə cəlb olunacaq.

Bunun müəllimlərin əmək haqlarının artırılmasına xidmət edəcəyini deyən M.Vəliyeva qeyd edib ki, ötən müddətdə Bakıda çalışan təxminən 28 minə yaxın müəllim qiymətləndirilmədə iştirak edib. Onun sözlərinə görə, hazırda qiymətləndirmə üçün təşkilati işlər aparılır. Qiymətləndirilmənin dekabrda keçirilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR