Prezident İlham Əliyev Gəncədə filarmoniya binasında tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev Gəncədə filarmoniya binasında tikinti işlərinin gedişi ilə tanış olub
# 17 fevral 2016 13:15 (UTC +04:00)

Bakı-APA. Gəncədə səfərdə olan prezident İlham Əliyev bu gün Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olub.

APA-nın xəbərinə görə, dövlət başçısına filarmoniya binasında 1200 tamaşaçı yeri olan konsert zalı, açıq havada yay kinoteatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacağı bildirilib. Binada iaşə obyektləri, həmçinin yeraltı qaraj və yardımçı xidməti otaqlar fəaliyyət göstərəcək. Binanın fasadında Azərbaycanın musiqi korifeylərinin heykəlləri qoyulacaq.

Qeyd edək ki, prezident İlham Əliyev 2012-ci il yanvarın 21-də Gəncədə olarkən Dövlət Filarmoniyası binasının təməlini qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR