SOCAR qazma işlərini 11% azaldıb

SOCAR qazma işlərini 11% azaldıb
# 05 oktyabr 2015 10:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 8 288 metr qazma işi həyata keçirilib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 1 074 metr və ya 11,47% azdır. Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-sentyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 80 548 metr qazma işi görülüb ki, bu da ötən ilin doqquz ayı ilə müqayisədə 18 189 metr və ya 18,42% azdır. Bunun da 79548 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Qeyd edək ki, avqust ayı ərzində qazmadan alınmış 10, ilin əvvəlindən isə 55 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR