Cəlilabadda fərdi yaşayış evi yanıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Seyidbazar kəndində baş verib.
Kənd sakini Feyzəl Abdullayevə məxsus ev qəfildən alışıb. Dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri və canlı quvvəsi cəlb olunub.
İkimərtəbəli ev yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbləri hələ ki, məlum deyil.
Hadisə zamanı xəsarət alan olmasa da, evdə olan əşyaların əksəriyyəti yanaraq yarasız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
***
00:22
Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Seyidbazar kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 216 m2 sahədə yanıb.
Evin bir otağı və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.