Mərkəzi Bank 16 təşkilata 3 mlrd. manatdan çox kredit verib

Mərkəzi Bank 16 təşkilata 3 mlrd. manatdan çox kredit verib
# 10 aprel 2017 11:48 (UTC +04:00)

Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə verilmiş dövlət zəmanəti əsasında 2015-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bir sıra layihələrin həyata keçirilməsi üçün 16 sifarişçi təşkilata 3 mlrd. 141 mln. 500 min manat məbləğində kredit xətti açılıb.


"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir.

 

Sənəddə qeyd edilib ki, digər sifarişçi təşkilatlarla müqayisədə SOCAR-a nəzərdə tutulmuş vəsait (1 mlrd. 891 mln. 500 min manat) ən yüksək xüsusi çəkiyə malik olmaqla 60,2% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR