Xaçmazda məktəblə bağlı səslənən iddialar təsdiqini tapmayıb

Xaçmazda məktəblə bağlı səslənən iddialar təsdiqini tapmayıb
# 18 mart 2024 15:35 (UTC +04:00)

Xaçmaz rayonunun Qusarçay kənd tam orta məktəbində 62 yaşlı idman müəllimi Təbriz Adıgözəlovun 8-ci sinif şagirdi olan qıza qarşı qeyri-etik hərəkətlər etməsi ilə bağlı səslənən iddialar həqiqəti eks etdirmir.

Bu barədə APA-nın Şimal bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şimal Regional Qrupundan məlumat verilib.

Bildirilib ki, qeyd edilən məsələ ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə müraciət edilib. İstintaq şöbəsində müvafiq araşdırma aparılıb. Səslənən iddiaların həqiqəti əks etdirmədiyi məlum olub.

Qeyd edək ki, Xaçmaz rayonunun Qusarçay kənd tam orta məktəbində müəllimin şagirdə qarşı davranışı ilə bağlı polisə müraciət olunub. Məktəbin idman müəlliminin dərs zamanı 8-ci sinif şagirdi olan qıza qarşı qeyri-etik hərəkətlər etdiyi iddia edilir. Şagird məktəb rəhbərliyinə müraciət edərək bildirib ki, müəllim qiymət yazmaq qarşılığında ona qarşı qeyri-etik hərəkət edib.

Məsələ ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə müraciət olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şimal regional qrupunun rəhbəri Xəyal Talıbov polisə belə bir müraciət olduğunu təsdiqləyib. Hazırda faktla bağlı polis tərəfindən araşdırma aparıldığını qeyd edib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin açıqlamasında isə bildirilib ki, Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Təbriz Adgözəlovun məktəbin 8-ci sinif şagirdinə qarşı uyğunsuz hərəkətləri ilə bağlı yayılımış informasiya barədə araşdırma aparılıb.

Araşdırmanın nəticəsində məlum olub ki, bu barədə məlumatı əldə edən kimi direktor və sosial psixoloq tərəfindən həmin şagirdlə söhbət aparılıb və bundan sonra müvafiq olaraq hüquq-mühafizə orqanlarına məlumat verilib:

"Sözügedən müəllim isə araşdırma başlanılan zaman öz ərizəsi ilə işdən azad olunmaq üçün müraciət edib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Həmçinin, məktəbin direktoru səlahiyyətlərini icra edən direktor müavini də işdən azad edilməsi üçün ərizəsini təqdim edib.

Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR