Xankəndidən gələn 150-dən artıq erməni əsilli şəxsin “Laçın” buraxılış məntəqəsindən Ermənistana keçidi təmin edilib - FOTO - VİDEO

Xankəndidən gələn 150-dən artıq erməni əsilli şəxsin “Laçın” buraxılış məntəqəsindən Ermənistana keçidi təmin edilib - FOTO  - VİDEO
# 28 avqust 2023 11:48 (UTC +04:00)

Xankəndidən gələn erməni əsilli şəxslərin “Laçın” buraxılış məntəqəsindən Ermənistana növbəti keçidi təmin edilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün Xankəndidən gələn 150-dən artıq erməni əsilli şəxsin "Laçın" sərhəd-buraxılış məntəqəsindən Gorus istiqamətinə keçməsi gözlənilir.

Həmin şəxslərin sənədləri və əşyaları yoxlanılıb, bundan sonra sərbəst keçidlərinə imkan yaradılıb. Sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedənlər arasında Ermənistan və Rusiya vətəndaşlarının da olduğu bildirilir.

Onlardan 100 yaşlı Lesmonya Arstanyanın da məntəqədən sərbəst keçidinə şərait yaradılıb.

Emin Babayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR