2012-ci ildə hər məcburi köçkünə müavinət və kommunal xidmətlərə görə 1040 manat vəsait sərf olunub

2012-ci ildə hər məcburi köçkünə müavinət və kommunal xidmətlərə görə 1040 manat vəsait sərf olunub
# 06 mart 2013 09:52 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. 2012-ci ildə hər bir nəfər məcburi köçkünə müavinət və kommunal xidmətlərə görə 1040 manat vəsait sərf olunub. Bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2012-ci ilin hesabatında qeyd edilib.

Məcburi köçkünlər arasında yoxsullu hədi son 9 ildə 75 faizdən 15 faizədək azalıb. 2012-ci il ərzində Azərbaycanda 4553 ailə və ya 22765 nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşıb ki, bu da 2011-ci illə müqayisədə 2430 ailə və ya 12150 nəfər çoxdur.

İl ərzində 296 min kv.m-lik 6 yeni yaşayış kompleksi salınıb, 3300 şagird yerlik 6 məktəb inşa edilib. Həmçinin 6 uşaq bağçası, 4 tibb məntəqəsi, 5 klub-icma mərkəzi, 5 inzibati bina tikilib istifadəyə verilib.

İl ərzində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 674 müraciət (566 müraciət qaçqın və məcburi köçkünlərdən, 208 müraciət isə digər vətəndaşlardan) daxil olub. Məcburi köçkünlərin yaşadıqları yerdən çıxarılmasına dair 213 məhkəmə prosesində Komitənin nümayəndəsi iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR