2013/2014-cü dərs ilinə II və VI siniflər üçün yeni 50 adda dərslik və 54 adda müəllim üçün metodik vəsait hazırlanacaq

2013/2014-cü dərs ilinə II və VI siniflər üçün yeni 50 adda dərslik və 54 adda müəllim üçün metodik vəsait hazırlanacaq
# 11 mart 2013 12:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. 2012-ci il ərzində Azərbaycanda ümumi təhsilin kurikulumu əsasında 2013/2014-cü tədris ilinə II və VI siniflər üçün dərslik komplektlərinin hazırlanması və çapı ilə əlaqədar müvafiq işlər görülüb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, 2013/2014-cü dərs ilinə II və VI siniflər üçün yeni 50 adda dərslik və 54 adda müəllim üçün metodik vəsait hazırlanacaq. Belə ki, II siniflər üçün 14 lot üzrə 19 adda dərslik, 21 adda müəllim üçün metodik vəsait, VI siniflər üçün isə 21 lot üzrə 31 adda dərslik, 33 adda müəllim üçün metodik vəsaitin hazırlanması və çapı nəzərdə tutulur.

Hazırda ümumtəhsil məktəbləri üçün 2013-2014-cü tədris ilinə nəşri nəzərdə tutulan dərslik və müəllim üçün metodik vəsaitlərin tirajının, həcminin, çap formatının və nəşr faizinin dəqiqləşdirilməsi üzərində müvafiq işlər görülür.

Qeyd edək ki, 2012/2013-cü dərs ilinə ümumtəhsil məktəbləri üçün 199 adda 4132652 nüsxə tirajla dərslik və müəllim üçün metodik vəsait çap edilib və aidiyyəti üzrə yerlərə çatdırılıb. Bunlardan 74 adda 2194850 nüsxə dərslik və müəllim üçün metodik vəsait I və V siniflərdə oxuyan bütün şagirdlər və müəllimlər üçün, 114 adda 1936250 nüsxə dərslik I-III və VI-XI siniflərdə oxuyan şagirdlərin 30 %-i üçün, 10 adda 1202 nüsxə dərslik iri şriftlər və brayl əlifbası ilə sağlamlıq imkanları məhdud olan şagirdlər üçün, 1 adda 350 nüsxə dərslik milli azlıqlar üçün nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR