2014-cü ilin I yarısında sosial sığorta sistemində fərdi uçota alınanların sayı 125 min nəfərdən çox artıb

2014-cü ilin I yarısında sosial sığorta sistemində fərdi uçota alınanların sayı 125 min nəfərdən çox artıb
# 25 iyul 2014 13:33 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. 2014-cü ilin 1 iyul tarixinə 2 mln. 816 mindən çox sığortaolunana sosial sığorta nömrəsi verilib. Onlar üçün fərdi hesab açılıb. “APA-Economics” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. E. Mehdiyev bildirib ki, sığortaolunanların fərdi uçot sisteminin qurulması tədbirləri davam etdirilir.

Onun sözlərinə görə, fərdi uçota alınanların sayı 2014-cü ilin birinci yarısında 125 min nəfərdən çox artıb. Eyni zamanda, sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi aparılıb.

“Fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti fəaliyyətini davam etdirib. Bu xidmət çərçivəsində hər bir sığortaolunan fərdi şəxsi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanına malikdir ki, bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir”, - deyə DSMF sədri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR