“Abituriyent” jurnalının 7-ci sayı çap olunub

“Abituriyent” jurnalının 7-ci sayı çap olunub
# 13 avqust 2015 07:50 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Abituriyent” jurnalının 7-ci sayı işıq üzü görüb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, jurnalın 7-ci sayında 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) çap edilib.

Bu nömrədə həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumat təqdim olunub.

Jurnalı TQDK-nın Mikayıl Müşfiq küçəsi 1m və A.Salamzadə küçəsi, 28 binalarındakı “Abituriyent” satış köşklərindən almaq və www.abiturient.az saytından sifariş etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR