“ASAN səyyar xidmət” Şirvanda fəaliyyətə başlayıb

“ASAN səyyar xidmət” Şirvanda fəaliyyətə başlayıb
# 05 iyun 2013 10:45 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN səyyar xidmət”i bu gündən Şirvanda fəliyyətə başlayıb. Dövlət agentliyindən APA-ya verilən məlumata görə, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş iri həcmli xüsusi avtobuslar səyyar formada Şirvan və Hacıqabul sakinlərinə xidmət göstərməyə başlayıb.

Bu məqsədlə 5-20 iyun tarixində Şirvan və Hacıqabul şəhərlərinin sakinləri dövlət agentliyinin təqdim etdiyi səyyar xidmətlərdən Şirvan şəhərində yararlana biləcəklər. Səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR