“ASAN xidmət” mərkəzilərində 330 mindən çox vətəndaşa xidmət göstərilib

“ASAN xidmət” mərkəzilərində 330 mindən çox vətəndaşa xidmət göstərilib
# 14 avqust 2013 09:26 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “ASAN xidmət” mərkəzilərində indiyədək ümumilikdə 330 mindən çox vətəndaşa xidmət göstərilib. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri İnam Kərimov verib. O bildirib ki, xidmət 2013-cü il yanvarın 15-dən fəaliyyətə başlayıb. Mayın 3-də Sumqayıtda, mayın 24-də isə Bakıda əlavə olaraq xidmət mərkəzləri fəaliyyətə başlayıb. Hazırda Bakıda 3 “ASAN xidməti” mərkəzi fəaliyyət göstərir. Yaxın 1 ay ərzində Bakının Yasamal rayonunda 3 saylı və Gəncədə regional xidmət mərkəzinin açılması nəzərdə tutulub.

İ. Kərimov qeyd edib ki, prezident İlham Əliyevin tapşırığına əsasən bu il xidmətin şöbələrinin açılması mümkün olmayan bölgələrdə vətəndaşlara səyyar avtobuslarda xidmət göstərilir: “Artıq iyulun 1-dən səyyar avtobuslar fəaliyyətə başlayıb. İlk belə aksiyamıza Xırdalan şəhərindən start verilib. Hələlik 2 istiqamətdə vətəndaşlara xidmət göstərilir”.

İ. Kərimov əlavə edib ki, ölkənin 42 rayonunda 20 dayanacaq nöqtəsində səyyar xidmət göstəriləcək: “Hazırda 10 rayonun əhalisinə belə xidmət göstərilib. Həmin aksiya zamanı 30 mindən çox vətəndaşımız bu səyyar xidmətdən istifadə ediblər”.

İ. Kərimovun sözlərinə görə, vətəndaşlar daha çox notariat xidmətilərindən istifadə edir: “Hazırda “ASAN xidmət” vasitəsilə vətəndaşlara 9 dövlət qurumunun 25 növ xidməti göstərilir. Bu xidmətlərin siyahısı prezidentin fərmanı ilə müəyyən edilir. Gələcəkdə bu istiqamətlərin sayı artırılarsa, həmin xidmətlər də göstəriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR