“Azərsun” məşhur məktəblər şəbəkəsini Azərbaycana gətirir

“Azərsun” məşhur məktəblər şəbəkəsini Azərbaycana gətirir
# 12 sentyabr 2014 16:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərsun Holdinq” şirkətlər qrupu növbəti dəfə bir ilkə imza atıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, şirkət dünyanın ən məşhur məktəblər şəbəkələrindən biri olan “Sabis” ilə müqavilə imzalayıb. Razılaşmaya əsasən, Azərbaycanda ilk dəfə olaraq “Sabis” məktəb kompleksi məhz “Azərsun”a məxsus “Dreamland” yaşayış sahəsində inşa olunacaq.

Dünyanın 15 ölkəsində 30-dan artıq məktəb kompleksinin daxil olduğu bu şəbəkədə 65 mindən artıq şagird təhsil alır. Beynəlxalq standartlara tam cavab verəcək bu məktəb kompleksində təhsil ingilis dilində aparılacaq. Bundan əlavə şagirdlərə ikinci xarici dil seçmək imkanı da yaradılacaq.

“Dreamland”da fəaliyyətə başlayacaq “Sabis” məktəb kompleksinin daha bir özəlliyi isə öz düşərgənin olmasıdır. Bu təhsil ocağında müxtəlif fənnlərin tədrisindən əlavə idmana məşğələlərinə də böyük diqqət ayrılacaq. Belə ki, burada təhsil alanlar üçün xüsusi idman kompleksinin inşası da nəzərdə tutulub. Kompleksdə futbol və voleybol meydançaları, üzgüçülük hovuzu və digər idman növləri üçün müxtəlif sahələr hazırlanacaq. “Sabis” məktəblərində şagirdlərin intelektual səviyyələrinin yüksəldilməsi üçün həfftə sonu tədbirləri, yay məktəbləri və digər tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, Zığ-Hava limanı yolu üzərində, Binə qəsəbəsində yerləşən “Dreamland” 250 hektar sahəni əhatə edir. Burada 2000 villa, yaşayış binaları, “townhouse” (2-3 mərtəbəli yaşayış binaları), qolf klubu, ticarət mərkəzi, ofis, klinika, otel, idman-fitness və əyləncə mərkəzləri inşa edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR