“Bank VTB (Azərbaycan)”ın kollektivi qanvermə aksiyası keçirib

“Bank VTB (Azərbaycan)”ın kollektivi qanvermə aksiyası keçirib
# 14 avqust 2015 11:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bank VTB (Azərbaycan)” növbəti dəfə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiyanın keçirilməsi üçün Hematologiya və transfuziologiya institutu tərəfindən lazımi şərait yaradılıb. Belə ki, institutun tibbi briqadası bank “VTB (Azərbaycan)”ın baş ofisində çalışıb.

Aksiyada bankın 40-dan çox əməkdaşı iştirak edib. Nəticədə 20 litr qan yığılıb. Hər bir donorun qanı virus və hər hansı bir xəstəliyə qarşı analiz edilib.

“Belə növ tədbirlərin “Bank VTB (Azərbaycan)”da keçirilməsi artıq xeyirxah bir ənənəyə çevrilib. Beləliklə, bankın əməkdaşları donor qanına ehtiyacı olan insanlara yardım etməyə çalışırlar”- deyə, “Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” ASC “VTB Bank” ASC-nin törəmə bankıdır. “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarları: “VTB Bank” ASC və “AtaHolding” ASC-dir.

“Bank VTB (Azərbaycan)” ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR