“Bəbirləri qoruyaq!” adlı yay düşərgəsinə start verilib - FOTOSESSİYA

“Bəbirləri qoruyaq!” adlı yay düşərgəsinə start verilib - <span style="color: red;">FOTOSESSİYA
# 10 iyul 2014 09:06 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və IDEA İctimai Birliyi Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyinin dəstəyi ilə “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi çərçivəsində “Bəbirləri qoruyaq!” adlı yay düşərgəsinə start verilib.

APA-nın məlumatına görə, cənub bölgəsində yaşayan 30-dan çox məktəblinin iştirak etdiyi düşərgə Masallı rayonunda təşkil olunub.

Düşərgədə məktəblilər bəbirlərin həyat tərzi, yayıldığı ərazilər, onların əhəmiyyəti haqqında geniş məlumat əldə edəcək, müxtəlif ekoloji tədqiqatların aparılmasında, viktorina və müsabiqələrdə də iştirak edəcəklər.

Qeyd edək ki, Qafqaz bəbirinin qorunmasına yönəlmiş layihə WWF tərəfindən 2002-ci ildən başlayıb. Bu dövr ərzində Azərbaycanda bəbirlərin 4 ərazidə məskunlaşdığı məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR