“Böyük İpək Yolu”nun Qazaxıstanda regional nümayəndəliyi açılacaq

“Böyük İpək Yolu”nun Qazaxıstanda regional nümayəndəliyi açılacaq
# 26 avqust 2013 09:09 (UTC +04:00)

Bakı-APA. Qazaxıstanda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının regional nümayəndəliyi açılacaq.

Bu barədə APA-ya təşkilatın mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, təşkilata üzv ölkələrlə səmərəli fəaliyyəti genişləndirmək üçün regional nümayəndəliklər açmaq qərara alınıb.

Regional səviyyədə fəaliyyət göstərəcəyi planlaşdırılan ilk nümayəndəlik Qazaxıstanın paytaxtı Astana şəhərində açılacaq. Nümayəndəliyin fəaliyyətə başlaması üçün artıq bütün işlər yekunlaşıb. Yaxın günlərdə rəsmi açılış mərasimi keçiriləcək. Nümayəndəliyə təşkilatın sədr müavini və Orta Asiya ölkələri üzrə koordinatoru Meyram Begentayev rəhbərlik edəcək.

Qazaxıstan Respublikasının Prezident Administrasiyası ilk regional nümayəndəliyin açılmasına dəstək verib.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının ən fəal üzvlərindən biri olan Qazaxıstan noyabrın 29-31-də keçirilmiş Üzvlər Şurasının ilk iclasına ev sahibliyi edib. Təşkilatın Orta Asiya nümayəndəliyinin açılması ilə regionda yeni fəaliyyət imkanlarının yaramasına, perspektivli layihələrin həyata keçirilməsinə, gənclər və mədəniyyət sahəsində əlaqələrin inkişafına öz töhfələrini verəcək.

Qeyd edək ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012-ci ildə 25 ölkənin iştirakı ilə Bakıda təsis olunub. Beynəlxalq təşkilatın əsas hədəfi tarixi “İpək yolu”nun keçdiyi ölkələrdə yaşayan gənclər arasında əməkdaşlıqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR