“Dövlət qurumlarının onlayn şəffaflıq vəziyyəti: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

“Dövlət qurumlarının onlayn şəffaflıq vəziyyəti: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib
# 10 avqust 2015 12:45 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakıda “Dövlət qurumlarının onlayn şəffaflıq vəziyyəti: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan İnternet Forumu və Multimedia Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mərkəzi icra hakimiyyəti orqanlarının informasiya açıqlığı üzrə növbəti reytinq cədvəli barədə məlumat verib. O, 73 mərkəzi və 68 yerli icra hakimiyyəti orqanlarının rəsmi internet resursunun monitorinqinin aparıldığını qeyd edərək göstəricilərin ötən illərin nəticələri ilə müqayisədə müsbətə doğru dəyişdiyini söyləyib.

Ombudsman Aparatının əməkdaşı tədbirdə çıxış edərək, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunun icrasına nəzarətin İnsan Hüquqları üzrə Müvəkkilə həvalə edildiyini bildirib. Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının bu qanunun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi məqsədi ilə Ombudsman Aparatının strukturunun təkmilləşdirilməsini, aidiyyəti əməkdaşlarının ixtisaslaşmış treninqlərə cəlb edilməsini nəzərdə tutduğunu diqqətə çatdırıb.

Bundan başqa E. Süleymanovanın informasiya azadlığının daha effektiv təmini məqsədilə Aparatın tərkibində müvafiq struktur bölməsinin yaradılması təklifi ilə Nazirlər Kabineti və Maliyyə Nazirliyinə müraciət etdiyi, həmin təkliflərin icrasının sürətləndirilməsinə ehtiyac olduğu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR