“Elektron Təhsil” respublika müsabiqəsi başlayıb

“Elektron Təhsil” respublika müsabiqəsi başlayıb
# 08 sentyabr 2014 13:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda V “Elektron Təhsil” respublika müsabiqəsinin başlanmasına start verilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində elektron tədris resurslarından, İnternet texnologiyalarından istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Müsabiqə 3 istiqamət olmaqla, 7 nominasiya üzrə keçiriləcək. Müsabiqədə qaliblərə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaq.

Qeyd olunub ki, müsabiqə artıq beşinci ildir həyata keçirilir və 2010-2013-cü illərdə keçirilən müsabiqələrdə ümumi olaraq 4000-dən artıq layihə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR