“İRƏLİ” İtaliyanın “Giovanni nel Mondo” təşkilatı ilə əməkdaşlıq memorandumu imzalayıb - FOTO

“İRƏLİ” İtaliyanın “Giovanni nel Mondo” təşkilatı ilə əməkdaşlıq memorandumu imzalayıb - <span style="color: red;">FOTO
# 29 mart 2013 08:04 (UTC +04:00)

Bakı-APA. ASAIF təşkilatının Roma forumunun ilk günündə Azərbaycan və İtaliya gənclər təşkilatları arasında görüş təşkil edilib. “İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Nəzakət Əliyevanın APA-ya verdiyi məlumata görə, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə keçən görüşdə Azərbaycanın aparıcı gənclər təşkilatları və İtaliyanın 20-dən artıq ən fəal gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər. Görüşdə Azərbaycan və İtaliya gəncləri arasında əlaqələrin inkişaf etdirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsi, ortaq layihələrin icrası ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda "İRƏLİ" İctimai Birliyi və "Giovanni nel Mondo" təşkilatları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum hər iki təşkilatın rəhbəri Rauf Mərdiyev və Daniela Konte tərəfindən imzalanıb.

Qeyd edək ki, ASAİF-in 28-30 Mart 2013-cu il tarixlərində Roma şəhərində keçirilən "Azərbaycan 2020: gənc baxış" adlı forumunda ümumilikdə 550 nəfər, xaricdə təhsil alan və məzun olmuş gənclər, ölkənin müxtəlif dövlət qurumlarının təmsilçiləri, gənclər təşkilatları rəhbərləri və media nümayəndələri iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR