“Kapital Bank” qanvermə aksiyası keçirib

“Kapital Bank” qanvermə aksiyası keçirib
# 11 sentyabr 2014 09:38 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Kapital Bank” Respublika Talassemiya Mərkəzi ilə birgə talassemiyalı körpələr üçün qanvermə aksiyası keçirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiyada bankın 100-dən artıq əməkdaşı iştirak edib.

Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev uşaqların sağlamlığı məsələsinin cəmiyyət üçün həssas mövzu olduğunu və “Kapital Bank”ın bu məsələni daim diqqətdə saxladığını bildirib: “Bank talassemiyalı körpələrlə bağlı əvvəllər də bir sıra layihələr həyata keçirib. Talassemiyalı körpələrin müalicəsinə yardım məqsədilə Bank özünün xüsusi affinity kartlarını da buraxıb. Kapital Bankın 140 illiyi münasibətilə keçirdiyimiz qanvermə aksiyası da bu layihələrin davamıdır”.

R. Allahverdiyev aksiyaya qatılan bütün bank əməkdaşlarına öz təşəkkürünü bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 8 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR