“Leykemiya həftəsi” adı altında silsilə tədbirlərin yekununa həsr olunmuş dəyirmi masa keçirilib

“Leykemiya həftəsi” adı altında silsilə tədbirlərin yekununa həsr olunmuş dəyirmi masa keçirilib
# 04 mart 2013 08:04 (UTC +04:00)

Bakı-APA. Binəqədi rayon İcra Hakimiyyəti, “İRƏLİ” İctimai Birliyi, “Leykemiya ilə mübarizə” İctimai Birliyi, “Amrahbank”, “NOVCO” şirkətlər qrupu, “Qan Donorları Assosiasiyası”, Ümid.az Xeyriyyə forumu və Park Bulvar AVM-nin birgə təşkilatçılığı ilə “15 fevral-Ümumdünya uşaq xərçəngi günü”nə həsr olunmuş “Leykemiya həftəsi” adı altında silsilə tədbirlərin yekun hesabat olaraq dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, millət vəkili Ceyhun Osmanlı, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Tamilla Hacıyeva, “Leykemiya ilə mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova, “Qan Donorları Assosiasiyası”nın sədri Fuad Əskərov, Mərkəzi Klinik Xəstəxananın həkimi Kamilə Paşayeva, Hematologiya və Transfuziologiya İnstitutunun Uşaq şöbəsinin müdiri Gülnarə Hacıyeva, Respublika Hemofiliya Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova, Hematologiya və Transfuziologiya İnstitutunun baş elmi işçisi Zöhrə Əlimirzoyeva, “İRƏLİ” İctimai Birliyinin baş katibi Nərmin Məmmədova, “Leykemiya xəstələrinə dəstək” layihəsinin rəhbəri Dünya Fərzəliyeva, Səhiyyə Nazirliyini təmsil edən nümayəndələr, özəl qurumların təmsilçiləri və “İRƏLİ” fəalları iştirak ediblər.

“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev ilk çıxış edərək layihə haqda ümumi məlumat verib, layihənin önəmliliyini vurğulayıb və bu səpkidə mütəmadi olaraq maarifləndirici layihələrin keçirilməsinin zəruriliyini qeyd edib.

Millət vəkili Ceyhun Osmanlı çıxışında dövlət tərəfindən bu səpkidə tədbirlərin keçirildiyini qeyd edərək, daim qayğı və diqqətin göstərildiyini vurğulayıb və bunda sonra da lazimi tədbirlərin keçiriləcəyini bildirib.

Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov çıxışında belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib və gələcəkdə də “İRƏLİ” İctimai Birliyi ilə əməkdaşlıq edəcəklərini bildirib.

“Leykemiya xəstələrinə dəstək” layihəsinin rəhbəri Dünya Fərzəliyeva bütün bu tədbirləri keçirməkdə ən böyük məqsədin insanların diqqətini bu xəstəliyə cəlb edilməsi olduğunu qeyd edib.

“Leykemiya ilə mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova bir neçə təkliflər irəli sürüb. Bunlar sırasında leykemiyanın müalicəsinin inkişafına dair münbit şəraitin yaradılması üçün hüquqi bazanın təkmilləşdirilməsi, xarici təcrübəsinin öyrənilməsi, qarşılıqlı informasiya və təcrübə mübadiləsi məqsədilə mütəxəssislərin beynəlxalq əməkdaşlıq şəbəkəsinin yaradılması, Mərkəzləşdirilmiş laboratoriyanın yaradılması, dərman preparatlarının təchizatı, Uşaq Hematoloji mərkəzin yaradılması və s təkliflər yer alıb.

Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov layihələrinin keçiriləmisini vacib olduğunu bildirib və qeyd edib ki, bu gün bu xəstəlikdən əziyyət çəkən uşaqların daim dəstəyə ehtiyacı var.

Səhiyyə işçiləri də öz çıxışlarında leykemiya müalicəsinin inkişafı sahəsində qazanılmış təcrübənin və yeni imkanların öyrənilməsi üçün konfransların yaxın gələcəkdə keçirilməsini qeyd ediblər.

Eyni zamanda layihə çərçivəsində hazırlanan "Leykemiyalı xəstələrə dəstək" adlı sosial videoçarx təqdim olunub. Rolikin əsas məqsədi çağırışdır, dövlət və cəmiyyətimizi bu xəstəliyə qarşı mübarizədə daha fəal iştirak etməyə səsləməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR