“Mitral qapaq təmiri” adlı kurs keçirilib - FOTO - VİDEO

“Mitral qapaq təmiri” adlı  kurs keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 27 sentyabr 2014 10:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Respublika Diaqnostika Mərkəzində ürək-damar cərrahiyyəsi ilə bağlı “Mitral qapaq təmiri” adlı kurs keçirilib. APA-nın məlumatına görə, kursda ürək cərrahı Ottavio Alfieri, türkiyəli həkimlər Suat Buket, Belhan Akpınar və digər şəxslər iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Ürək Sağlamlıq Assosiasiyasının sədri və kursun təşkilatçısı Rəşad Mahmudov bildirib ki, kurs Azərbaycanda son illərdə geniş inkişaf etmiş ürək-damar cərrahiyyəsinin spesifik bir sahəsi olan qapaq xəstəliklərinə həsr olunub.

Kursda Almaniya, İtaliya, Türkiyə və Azərbaycandan olan mütəxəssislər iştirak ediblər. Qapaq xəstəliklərinə dair 2014-cü ildə dünyada qəbul olunmuş yeni tövsiyələr, cərrahi və intervensiyon müdaxilələr kursun müzakirə mövzusunu təşkil edib.

Kursun sonunda yerli mütəxəssislərə sertifikat təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR