“Tələbələr arasında dövlət rəmzlərinin təbliği” layihəsi çərçivəsində tədbir keçirilib

“Tələbələr arasında dövlət rəmzlərinin təbliği” layihəsi çərçivəsində tədbir keçirilib
# 22 may 2013 10:14 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakı Dövlət Universitetində (BDU) Gənclər və İdman Nazirliyinin dəstəyi, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə “Tələbələr arasında dövlət rəmzlərinin təbliği” layihəsi çərçivəsində tədbir keçirilib. APA-nın məlumatına görə, universitetin tarix fakültəsinin dekanı Azad Rzayev bildirib ki, layihənin keçirilməsində məqsəd dövlət rəmzlərinin təbliği, rəmzlərə hörmətin aşılanması, vətənpərvər ziyalı gənclərin yetişməsinə xidmət etməkdir. O qeyd edib ki, dövlət rəmzləri dövlətçilik əlaməti olmaqla ölkənin tarixi keçmişindən gələn və gələcəyə istiqamətlənən özünəməxsusluğunu əks etdirir.

TUMİB sədri Çingiz Bayramov dövlət rəmzlərini gənclərə sevdirmək və aşılamağın ən vacib məsələlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, dövlət rəmzləri – bayraq, gerb və himnimizin təbliği Azərbaycanda milli şüura sahib gənclərin yetişməsinə xidmət edir: “Bu gün tarixini bilən millətlər dünyada söz sahibidirlər. Hesab edirik ki, Azərbaycan gəncləri daha çox vətənpərvər olmalıdırlar. Çünki hazırda torpaqlarımızın 20 faizi işğal altındadır. Milli ideologiyamıza sahib çıxmalıyıq”.

Tədbirin digər iştirakçılar da milli rəmzlərin tarixi, təbliği və müqəddəsliyi barədə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR