«Bəşəriyyət sülhə və işgüzar əməkdaşlığa «hə», müharibə və münaqişələrə «yox» deyir» mövzusunda tədbir keçirilib

«Bəşəriyyət sülhə və işgüzar əməkdaşlığa «hə», müharibə və münaqişələrə «yox» deyir» mövzusunda tədbir keçirilib
# 06 iyun 2013 08:58 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Bu gün Bakıda «Bəşəriyyət sülhə və işgüzar əməkdaşlığa «hə», müharibə və münaqişələrə «yox» deyir» mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, Azərbaycan hökumətinin nümayəndələri, Rumıniya, Moldova, Macarıstan, Bolqarıstan, Rusiya və digər xarici ölkələrdən qiymətləndirici ekspertlər iştirak ediblər.

Konfransda qeyd olunub ki, tədbirin keçirilməsində məqsəd beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanın işğal altındakı ərazilərinə Ermənistan tərəfdən vurulan ziyanı qiymətləndirmə, beynəlxalq səviyyədə bu ziyanın ödənməsini işğalçı dövlətdən tələb etməkdir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Avrasiya Qiymətləndiricilər Birlikləri İdarə Heyətinin üzvü Xanhüseyn Kazımlı bildirib ki, Qarabağ münaqişəsi bu gün regionun inkişafına mane olur. Azərbaycanın 800-ə qədər yaşayış məntəqəsi işğal altındadır. Bu da ümumilikdə həm Azərbaycanın, həm də Qafqaz regionunun inkişafına maneədir.

X. Kazımlı dövlət başçısının tapşırığı ilə yaradılan İşçi Qrupunun Ermənistan işğalı nəticəsində dəyən zərərin qiymətləndirilməsi üzərində işlədiyini və hesablamaların birinci mərhələsinin başa çatmaq üzrə olduğunu qeyd edib.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və digər şəxslər tədbirdə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR