Azərbaycan-Fransız Universitetinin tələbələrinə Strasburq Universitetinin tələbə biletləri təqdim olunub

 Azərbaycan-Fransız Universitetinin tələbələrinə Strasburq Universitetinin tələbə biletləri təqdim olunub
# 27 oktyabr 2017 15:52 (UTC +04:00)

Bu gün Azərbaycan-Fransız Universitetinin (UFAZ) birinci kurs tələbələrinə Strasburq Universitetinin tələbə biletlərinin təqdimetmə mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, UFAZ-ın rektoru Vazeh Əsgərov, Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə vitse-prezidentin müavini Filip Turek və kimya fakültəsinin direktoru Jan-Mark Planeks iştirak edib.

Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez bildirib ki, 2014-cü ildə Azərbaycan-Fransa prezidentinin birgə təşəbbüsü əsasında yaradılan UFAZ 2016-cı ildən etibarən ilk tələbələrini qəbul etməyə başlayıb. Onun sözlərinə görə, bu layihənin əsas ideyası gələcək kadrların hazırlanmasını təşkil etməkdir: “UFAZ ölkələr arasında tədris sahəsində innovativ əsaslar üzərində qoyulan əməkdaşlığın başlanğıcıdır. Əsaslı pedaqoji tədris üzərində qurulan layihənin əsas daşıyıcıları tələbələrdir. Bu gün tələbələrin Strasburq Universitetinin tələbə biletlərinə layiq görülməsi onların fransalı tələbələrlə eyni statusa malik olması deməkdir. Tədrisin sonunda həmin tələbələr hər iki ölkənin diplomlarına layiq görüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR