"Azərbaycan Respublikasının Milli Atlası" və  "Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

"Azərbaycan Respublikasının Milli Atlası" və  "Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 02 fevral 2015 09:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin birgə təşkilatçılığı ilə hazırlanan "Azərbaycan Respublikasının Milli Atlası" və "Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən AMEA prezidentı Akif Əlizadə bildirib ki, özündə böyük məlumat bankını təşkil edən "Azərbaycan Respublikasının Milli Atlası" 19 bölmə, 444 səhifədən ibarətdir.

Onun sözlərinə görə, bu atlasın digər atlaslardan fərqi burada Azərbaycanın bütün həyatının kompleks şəkildə öz əksini tapmasıdır. Burada Azərbaycanın torpaqları ilə bağlı bütün məlumatların olduğunu deyən AMEA prezidenti atlasda sənaye, təhsil, tarix və digər istiqamətlər üzrə məlumatların öz əksini tapdığını vurğulayıb: "Atlasın digər mühüm dəyəri odur ki, bu atlasın tərtibatında informasiya təminatından istifadə edilib. Atlasın yaradılması kollektiv əməyin nəticəsidir və bu gün onlara böyük təşəkkürlər düşür".

Azərbaycanın ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması ilə bağlı kartoqrafik saxtakarlıqların artdığını əlavə edən A.Əlizadə bildirib ki, məhz bu tip saxtakarlıqların qarşısının alınmasının zəruriliyi Azərbaycan prezidenti tərəfindən imzalanmış 20 aprel 2011-ci il tarixli "Cənubı Qafqaz: 1903-cü il" xəritəsinin və 18 aprel 2012-ci il tarixli "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında sərəncamlarda öz əksini tapıb.

A.Əlizadə təqdimatı keçirilən "Cənubi Qafqaz: 1903-cü il" xəritəsi barədə də məlumat verib. Xəritənin 1903-cü ildə Cənubi Qafqazın Hərbi Dairəsinin topoqrafiya şöbəsi tərəfindən hazırlandığını qeyd edən AMEA prezidenti bildirib ki, bu xəritə Azərbaycana qarşı hər zaman torpaq iddiası aparan və özlərini aborigen xalq kimi təqdim edən ermənilərə sanballı cavabdır: "Bu xəritə göstərir ki, hazırkı Ermənistan ərazisində olan bütün tarixi adlar Azərbaycana məxsusdur, tarixi dövlətimizin adlarıdır. Bu xəritə 1903-cü ildə Çar Rusiyası tərəfindən tərtib edilib. Bu, ermənilərin iddialarının əsassız olduğunu sübut etmək üçün əsaslı bir məlumatdır".

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov son zamanlar ayrı-ayrı ölkələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması, inzibati ərazi vahidlərinin adlarının dəyişdirilməsi istiqamətində təxribat xarakterli materiallar KİV-də yayılmaqdadır: "Biz istəmədən informasiya müharibələrinin ən qəddar, amansız növü olan kartoqrafik müharibəyə cəlb olunmuşuq. Ona görə də belə halların qarşısını almaq, dünya ictimaiyyətinə düzgün məlumatları çatdırmaq üçün Azərbaycan prezidenti 1903-cü ildə Çar Rusiyasının hakim dairələri tərəfindən tərtib edilmiş "Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin 3 dildə - Azərbaycan, ingilis və rus dillərində çap edilməsi barədə sərəncam verib. Xəritənin mühüm əhəmiyyəti Ermənistan Respublikası ərazisində olan coğrafi adların bütövlükdə Azərbaycana məxsus olması, İrəvan quberniyasındakı yaşayış məntəqələrinin adlarının demək olar ki, hamısının Azərbaycan dilində türk mənşəli olmasının aşkar şəkildə göstərilməsidir. Bu xəritənin nəşr olunması ermənilərin əsassız iddialarına cavab vermək baxımından böyük əhəmiyyətə malikdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR