Azərbaycanda Bilik Günündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

 Azərbaycanda Bilik Günündə müşahidə olunacaq hava proqnozu açıqlanıb
# 13 sentyabr 2014 10:01 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, yaxın günlər ərzində Azərbaycanda nisbətən sərin hava şəraiti müşahidə olunacaq.

Sentyabrın 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, arabir nisbətən güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da sentyabrın 15-də hava şəraitinin gündüz əsasən yağmursuz olacağı, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR