AzMİU Astanada “Korme” Sərgi Mərkəzində təmsil olunub

 AzMİU Astanada “Korme” Sərgi Mərkəzində təmsil olunub
# 07 dekabr 2016 14:23 (UTC +04:00)

Qazaxıstanın paytaxtı Astana şəhərində “Korme” Sərgi Mərkəzində “Təhsil və Elm – 2017” XIV beynəlxalq sərgisi keçirilib.

Sərgidə Qazaxıstan, Rusiya, Belarus, Estoniya, Ukrayna, Yunanıstan, Çexiya, Çin, Bolqarıstan və Kanadanın, o cümlədən, Azərbaycanın təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Ölkəmizi sərgidə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Əsgərəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Təqdimatda sərgiyə gələnlər universitet onun strukturu və tədris prosesi ilə yaxından tanış ola bilmək imkanı qazanıblar. Sərgi çərçivəsində digər ölkələrin ali təhsil müəssisələri ilə təhsil mübadiləsi və əməkdaşlıq məsələlərinin müzakirəsi istiqamətində əlaqələr qurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR