Əvvəlki illərdə buraxılış siniflərində attestat ala bilməyən məzunlar üçün imtahan keçiriləcək

 Əvvəlki illərdə buraxılış siniflərində attestat ala bilməyən məzunlar üçün imtahan keçiriləcək
# 07 iyun 2013 10:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İyunun 25-də orta məktəblərin buraxılış siniflərində attestat ala bilməyən əvvəlki illərin məzunları üçün imtahan keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, ötən illərdə buraxılış imtahanında "iki" qiyməti alanlar attestat ala bilmək üçün mütləq imtahan verməlidirlər. E. Nağızadə qeyd edib ki, şagirdlərə attestatların verilməsi qaydalarına edilən yeni dəyişikliklərə uyğun olaraq buraxılış imtahanında "iki" qiyməti almasından asılı olmayaraq, bu ilin bütün məzunlar attestat ala biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR