Daha çox “Emporium” - daha çox dəb!

Daha çox “Emporium” - daha çox dəb!
# 09 iyul 2014 12:48 (UTC +04:00)

“Port Baku Mall”-da fəaliyyət göstərəcək və üç mərtəbəni əhatə edəcək yeni mağaza, alıcıları əlavə yeni məhsullarla və habelə yeni eksklüziv brendlərlə sevindirəcək.

“Emporium” öz vüsəti ilə hər kəsin diqqətini cəlb edir. İnnovativ format, 300-dən artıq brendi – Giambatttista Valii, Fendi, Celine, Azzedine Alaia, Saint Laurent, Tom Ford, Balmain, Carven, Oscar De La Renta, Alberta Feretti, Alexander Wang, Dolce&Gabbana, Marc Jacobs, Michael Kors, Mui Miu, Prada, Victoria Beckham və s. adları bir aya gətirir. 10 min kvadrat metr müasir dizaynda hazırlanmış mağaza - geyim kolleksiyaları, ayaqqabı, çanta, zinət əşyaları, alt geyimləri, parfümeriya departamentlərini özündə birləşdirir.

Əsas diqqət burada ilk dəfə təqdim olunacaq şöbələrə - gəlinliklər və aksessuarlar, baqaj və səyahət, geniş miqyasda təqdim ediləcək uşaq geyimləri, gül şöbəsi və həmçinin məişət və interyer əşyalarına yönələcək.

Birinci mərtəbədə məşhur parfümeriya və kosmetik brendlər, həmçinin zinət əşyaları və ayaqqabı şöbəsi təmsil olunacaq.

İkinci mərtəbədə isə geyim kolleksiyaları, alt geyimləri və gəlinliklər yer alır.

Nəhayət, üçüncü mərtəbədə uşaq geyimləri və məişət-interyer əşyaları təmsil olunacaq.

Konsept mağazasının art-direktoru Sabina Kristensen bildirib ki, “Emporium” yarandığı gündən daim inkişaf etməkdədir və hər növbəti mərhələdə bu inkişaf özünü bütün sahələrdə göstərir: “Tezliklə biz – öz konsepsiyasında unikallığı ilə seçilən fərqli bir format təqdim edəcəyik. Yeni mağaza dəblə yaxından maraqlanan, hər zaman gözəl, dəbli, özünəməxsus tərz və müasir qalmaq istəyən hər kəsi maraqlandıracaq”.

Biznesin inkişafı üzrə direktor Əziz Balayevin sözlərinə görə, yeni emporium konsept mağazası qadın və kişi geyimlərinin keyfiyyətli alış-verişinə şərait yaradacaq.

“Birinci “Emporium” mağazası isə tamamilə kişi geyim və aksessuarları ilə müştərilərin ixtiyarı veriləcək. Bu da alıcıların istehlak tələbatının tam ödənilməsinə zəmin yaradacaq. Son illər Azərbaycan iqtisadiyyatı 300% artıb və bu da Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının 75-80 %-ni təşkil edir. Ölkənin dinamik inkişafı nəinki bütün biznes və sahibkarlığın, həmçinin pərakəndə satışın sürətlə inkişafına şərait yaradır. Əhalinin gəlirlilik səviyyəsinin yüksəlməsi, keyfiyyətli məhsullara və xidmətlərə olan tələbatı artırır. emporium isə öz növbəsində alıcılara hər zaman yüksək keyfiyyətli məhsul və xidmətlər təklif etməyə hazırdır”, - deyə Ə. Balayev bildirib.

Qeyd edək ki, 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Emporium” öz seqmentində ən öndə gedən dəb, zövq və müasirlik rəmzi kimi özünü doğrultmağı bacarıb.

İlk multi-brend mağaza olan “Emporium” Bakıda 2005-ci ildə, Neftçilər prospekti 123 ünvanında fəaliyyətə başlayıb. Lüks brendləri təmsil edən “Emporium”, çox qısa zamanda dəblə ayaqlaşan insanların ən sevimli alış-veriş məkanına çevrilib.

Az sonra 2008-ci ildə “Emporium” təklif edilən brendlərin sayını artıraraq, daha da genişlənib. Z. Tağıyev 2 ünvanında yeni, ikimərtəbəli mağaza ilə öz alıcılarını sevindirib.

Durmadan irəliləyərək, 2011-ci ildə Neftçilər prospekti 153 ünvanında, Port Baku kompleksində təklif edilən məhsullar sırasına parfümeriya və kosmetik vasitələr, uşaq geyimləri, aksessuarlar və həmçinin kitab, musiqi və hədiyyələr əlavə edərək, emporium yeni konseptual mağazasını alıcılara təqdim edib.

“Emporium” dizayn olaraq özündə minimalizm, avanqard və etnik üslubları birləşdirərək, müasir memarlıq sənətini əks etdirir. Mükəmməlliyi ilə innovativ ruh bəxş edən mağaza, hər zaman bir addım öndədir. Daim axtarışda olmaq, unikal tərz və aktuallıq – layihənin əsas fəlsəfəsidir.

“Emporium” – yalnız dəbli geyim deyil mağazası deyil, o, parlaq, qabaqcıl və kreativ həyat tərzidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR