"Mənə vacib olan bilik və tövsiyələr” mövzusunda maarifləndirmə tədbiri keçirilib

"Mənə vacib olan bilik və tövsiyələr” mövzusunda maarifləndirmə tədbiri keçirilib
# 30 noyabr 2015 09:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Xəzər rayonunda “Mənə vacib olan bilik və tövsiyələr” mövzusunda yol hərəkəti, yanğın təhlükəsizliyi, dəm qazından qorunmaq və fövqəladə hallar zamanı insanların davranışlarına həsr olunan maarifləndirmə tədbiri keçirilib.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Bakı şəhər BPİ DYPİ-nin və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşları iştirak ediblər.

“Mənə vacib olan bilik və tövsiyələr” mövzusunda keçirilən tədbirin məqsədi cəmiyyətdə insanların bilik və təcrübələrini artımaqla, maarifçilik ənənələrini davam etdirmək, insanlar arasında mədəni dəyərlərin təbliğ olunmasıdır. Tədbir iştirakçılarına yol hərəkəti təhlükəsizliyi, yaşayış evlərində yanğın təhlükəsiziliyi, dəm qazından qorunma, təbii fəlakətlər, texnogen qəzalar zamanı insanların hüquqları, vəzifələri eləcə davranış qaydaları barədə geniş məlumatlar verilib.

Mütəxəssislər tərəfindən uşaq və gənclərin bu istiqamətdə ictimai davranışlarının gücləndirilməsi ilə bağlı fikirlər səslənib, Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanan yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarx nümayiş olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR