ABŞ-ın Azərbaycandakı səfirliyinin binasında taktiki-xüsusi təlim keçirilib

ABŞ-ın Azərbaycandakı səfirliyinin binasında taktiki-xüsusi təlim keçirilib
# 27 sentyabr 2014 08:05 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə səfirliyin inzibati binasında Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. APA-nın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, təlimin keçirilməsində əsas məqsəd səfirliyin əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin səfirliyin ərazisində fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində təcrübələrinin daha da artırılmasından ibarət olub.

Təlim ssenariyə uyğun olaraq saat 16.00-da ABŞ-ın Bakıdakı səfirliyinin inzibati binasında şərti yanğının baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə məlumatın daxil olması ilə başlayıb. İnzibati binada olan əməkdaşlar və ziyarətçilər təhlükəsiz əraziyə təxliyyə edilib, səfirliyin əməkdaşları tərəfindən ilkin yanğınsöndürmə vasitələri tətbiq edilməklə yanğının yayılmasının qarşısının alınması üzrə tədbirlər yerinə yetirilib.

Təlim zamanı nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin qüvvələri tərəfindən birgə fəaliyyətdə şərti hadisə yerində insanların xilas olunması, xəsarət alanların ilkin tibbi yardım göstərilməklə aidiyyəti tibb müəssisələrinə təxliyyəsi və inzibati binada baş vermiş yanğının söndürülməsi üzrə tədbirlər nümayiş etdirilib.

Şərti hadisə yerinə cəlb olunmuş qüvvə və vasitələrin idarə olunması məqsədi ilə ərazidə nazirliyin əməliyyat qərargahı açılıb. Təlimin birinci mərhələsi ssenariyə uyğun olaraq səfirlik və nazirliyin mətbuat xidməti tərəfindən ictimaiyyətin baş vermiş hadisə barədə məlumatlandırılması ilə başa çatıb.

Təlimin ikinci mərhələsində yanğın təhlükəsizliyi və təlimlə bağlı müzakirələr aparılıb. Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən səfirliyin ərazisinə baxış keçirilərək, ərazinin yanğın təhlükəsizliyi ilə bağlı tövsiyələr səfirliyin bu sahəyə cavabdeh əməkdaşlarının diqqətinə çatdırılıb.

Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR