Bakıda sərin hava davam edəcək - YENİLƏNİB - VİDEO

Bakıda sərin hava davam edəcək - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 22 avqust 2015 11:52 (UTC +04:00)

Nazirlikdən APA-ya verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, avqustun 27-si gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, arabir yağış yağacaq. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

***

12:54

Bakı. Cavid Zeynalov – APA. Avqustun 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Temperatur gecə 19-22, gündüz 24-28 dərəcə olacaq.

Bölgələrdə əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 19-24, gündüz 26-31, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR